Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri ilə növbəti səyyar görüşünü keçirib - FOTOLAR
Səyyar qəbul Nizami rayonu, Rüstəmov küçəsi 35, 37, M.X.Şərifli küçəsi 96 və 98 ünvanlarında yaşayan vətəndaşlarla baş tutub.
Deputat sözügedən sakinləri narahat edən məsələlərlə yaxından maraqlanıb, onların şikayət və təkliflərini dinləyib. K. Nurullayeva seçicilərin üzləşdiyi mühüm problemləri qeydiyyata alaraq, aidiyyatı üzrə müvafiq qurumlara ünvanladığını söyləyib.
Faktinfo.az-a Millət vəkilinin Deputat Qərargahından verilən məlumata əsasən sakinləri narahat edən başlıca məsələlər maddi və sosial yardım, işsizlik, məhəllə və yaşayış binalarının abadlaşdırılması, ağacların budanması və binalarda vaxtı keçmiş liftlərin dəyişilməsi ilə bağlı olub.
K. Nurullayevanın sözlərinə görə Nizami rayonu sakinləri ilə səyyar görüşləri davamlı olaraq planlı şəkildə həyata keçiriləcəkdir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın