Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşları qəbul etdi-

Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşları qəbul etdi- FOTOLAR

Milli Məclisin inzibati binasında deputat Ülvi Quliyevin növbəti vətəndaş qəbulu baş tutub.

Qəbulda müxtəlif bölgələrdən gələn vətəndaşlar iştirak edib və onlar əsasən sosial məsələlər, məşğulluq, mənzil problemi, sağlamlıq və digər gündəlik qayğılarla bağlı müraciətlərini səsləndiriblər.

 Deputat Ülvi Quliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların qaldırdıqları problemlərin həlli istiqamətində konkret addımlar atılması üçün müvafiq tapşırıqlar verib. Qəbul zamanı bəzi məsələlər elə yerindəcə operativ şəkildə həllini tapıb.

Eyni zamanda, daha geniş araşdırma və vaxt tələb edən müraciətlər qeydiyyata alınaraq aidiyyəti dövlət qurumlarına yönləndirilib. Ülvi Quliyev bildirib ki, vətəndaşların qaldırdıqları problemlərin həlli daim diqqət mərkəzində saxlanılacaq və prosesin gedişi barədə müraciət edən şəxslərə ətraflı məlumat veriləcək.

Faktinfo.az

Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşları qəbul etdi-Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşları qəbul etdi-Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşları qəbul etdi-Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşları qəbul etdi-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi