
Milli Məclisin deputatı,professor Fəzail İbrahimli Masallıda 8 noyabr günü tədbirində iştirak edib -FOTOLAR
Tədbirdən sonra Masallı şəhərinin Digah massivində seçicilərlə görüş və seçici qəbulu həyata keçirdib.
Faktinfo.az xəbər verir ki,Milli Məclisin deputatı, professor Fəzail İbrahimli 8 noyabr 2026-cı il tarixində Masallı rayonunda 8 Noyabr Zəfər günü münasibətilə keçirilən tədbirdə iştirak edib.Tədbirdən əvvəl millət vəkili hüquq mühafizə orqanları və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə şəhər mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad edib.Tədbirin bədii hissəsi Heydər Əliyev Mərkəzində davam edib.
Tədbirdə çıxış edən Fəzail İbrahimli 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının qazandığı tarixi Qələbənin milli birliyimizin və dövlətçilik iradəmizin təzahürü olmasından bəhs edib.O, 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib. Həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan xalqının milli birliyinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının parlaq təzahürü olduğunu vurğulayıb. Deputat bildirib ki, bu möhtəşəm Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində əldə olunub. Fəzail İbrahimli şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin, qazilərimizin qəhrəmanlığının qiymətləndirilməsinin və Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu qeyd edib.
Tədbirdən sonra millət vəkili Masallı şəhərinin Digah massivində seçicilərlə görüş keçirib və onların müraciətlərini dinləyib. Görüş və qəbul Sakit Tağıyev adına şəhər 4 saylı tam orta məktəbdə təşkil olunub.Qəbuldan əvvəl məktəbin foyesində yerləşən şəhid Sakit Tağıyevin xatirə guşəsi görüşə və qəbula gələn seçicilərlə birlikdə ziyarət edib.Görüşdən sonra millət vəkili Fəzail İbrahimli seçicilərin fərdi qəbulunu həyata keçirib.
Qəbul zamanı deputat hər bir seçicini ayrı-ayrılıqda dinləyib, onların müraciət və təklifləri ilə tanış olub. Seçicilər tərəfindən qaldırılan məsələlər qeydə alınaraq müvafiq qaydada araşdırılması üçün nəzarətə götürülüb. Bəzi müraciətlər qəbulda iştirak edən yerli icra nümayəndəsi ilə müzakirə olunub və onların həlli istiqamətində müvafiq addımlar atılıb. Həlli əlavə araşdırma və aidiyyəti qurumların müdaxiləsini tələb edən məsələlərlə bağlı isə müvafiq dövlət orqanlarına rəsmi məktubların ünvanlanacağı bildirilib.
Millət vəkili seçicilərin müraciətlərinin diqqətdə saxlanılmasının, qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Qəbul zamanı seçiciləri narahat edən məsələlərin həlli ilə bağlı müvafiq izahat və tövsiyələr də verilib.
Faktinfo.az

































Bu xəbər üçün şərh yazın