
Milli Məclisin deputatı,professor Fəzail İbrahimli növbəti vətəndaş qəbulunu həyata keçirdib - FOTOLAR
Milli Məclisin deputatı,professor Fəzail İbrahimli 14 mart 2026-cı il tarixində Masallı rayonu,Köhnə Alvadı kənd İnzibati Ərazisində vətəndaş qəbulunu həyata keçirdib.
Faktinfo.az xəbər verir ki,deputat ilk əvvəl Köhnə Alvadı kənd qəbristanlığında uyuyan Birinci Qarabağ Müharibəsi şəhidi Zöhrab Məmmədxan oğlu Həsənovun məzarını ziyarət edib.Şəhidin ruhuna dualar oxunub.
Daha sonra, Millət vəkili görüşün keçiriləcəyi Köhnə Alvadı kənd tam orta məktəbinə gəlib.O, məktəbin adını daşıyan,Birinci Qarabağ Müharibəsi şəhidi Əlihasil Hüsü oğlu Əsgərovun foyedəki guşəsini ziyarət edib və gül dəstələri qoyub.Həmçinin,Köhnə Alvadı kənd tam orta məktəbinin akt zalında insanlarla görüşüb,vətəndaş qəbulu həyata keçirdib.O, görüşə gəlmiş vətəndaşlarla söhbət edib,bir sıra problemlərlə bağlı fikirləri eşidib.
Tarixçi alim,deputat Fəzail İbrahimli qəbulda iştirak edən şəxsləri bir-bir dinləyib,vəziyyətlə bağlı qeydlər götürülüb.Görüş zamanı bəzi məsələlərin həlli ilə bağlı mövcud qanunvericilik qəbula gələn insanlara izah da edilib.
Müraciətlərin əksəriyyəti sosial,kommunal, nəqliyyat,elm-təhsil sahələrini əhatə edib.Vətəndaşları narahat edən məsələlər ətrafında danışan Fəzail İbrahimli qeyd edib ki,problemlərin həlli istiqamətində mövcud qanunvericiliyin imkanları çərcivəsində lazımı addımlar atılacaq, aidiyyatı dövlət qurumlarına müraciət ediləcəkdir.
Qeyd edək ki,vətəndaşların qəbulu və görüşü zamanı Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi Kərim Ağayev də orada olub.
Faktinfo.az























Bu xəbər üçün şərh yazın