Milli Şura mitinq keçirməyəcək

Milli Şura mitinq keçirməyəcək 

AXCP sədri Əli Kərimli sentyabrın 28-ə təyin etdikləri mitinqin keçirilməcəyini açıqlayıb.

BakuPost.az-ın xəbərinə görə, bu barədə partiya sədri özünün facebook səhifəsində yazıb.

Bildirib ki, AXCP Rəyasət Heyətində bu variantı əvvəlcədən müzakirə ediblər: “Lökbatanda və ya şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik. Lökbatanda mitinq keçirmək təklifini əslində, mitinqə “yox” demək kimi qiymətləndiririk. Aydındır ki, bu şəraitdə 28 sentyabr mitinqini keçirmək alınmayacaq. Ancaq belə də davam edə bilməz. Etiraz aksiyaları keçirilməlidir və keçiriləcək. AXCP və Milli Şurada müzakirələrdən sonra növbəti qərarlarımız barədə ictimaiyyətə məlumat veriləcək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi