Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq
Regional infrastrukturların blokdan çıxarılması kimi bir sıra başqa məsələlər də müzakirə olunur.
Bu kontekstdə bilmək vacibdir ki, Ermənistan nəinki buna hazırdır, həm də beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlıdır və buna görə də hökumətimiz “Sülh kəsişməsi” təşəbbüsünü irəli sürmüşdür. İnanırıq ki, blokada aradan qaldırılarsa, bu, region ölkələrinə iqtisadi tərəqqi baxımından faydalı olmaqla yanaşı, həm də regiona sülhün gətirilməsi üçün mühüm amil olacaq.
Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Beləliklə, biz bu layihənin Şərqi Qərblə, Şimalı Cənubla birləşdirməyə kömək edəcəyini anlayaraq, əsasən Azərbaycanla, həm də Türkiyə ilə bütün regional nəqliyyat infrastrukturlarını blokdan çıxarmağa hazırıq. Plan həyata keçərilsə, bu, Körfəz ölkələrini Qara dəniz iqtisadi regionu ilə birləşdirməyin daha bir maraqlı yolu olacaq. Bu konsepsiyaya görə, blokun açılması ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmətlə yanaşı, bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun olmalıdır”, - deyə Mirzoyan bildirib./Axar.az
Bu xəbər üçün şərh yazın