
Moldova MDB-dən rəsmən çıxdı — Prezident imzalanmış müqavilələri ləğv etdi
Moldova Prezidenti Sandu MDB ölkələri ilə müqavilələri ləğv edib.
Prezident Maya Sandu Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxma prosesini rəsmi olaraq başa çatdıran fərmanlar imzalayıb.
Dərc olunmuş məlumata görə, birinci fərman 8 dekabr 1991-ci il tarixli MDB-nin yaradılması haqqında müqavilənin, eləcə də 21 dekabr 1991-ci il tarixli müvafiq protokolun ləğvini nəzərdə tutur. İkinci fərman 22 yanvar 1993-cü ildə qəbul edilmiş MDB Nizamnaməsinin ləğvi ilə bağlıdır.
Sənədin mətnində vurğulanır ki, Kişinyov öz qərarı barədə MDB strukturlarına məlumat verməyi öhdəsinə götürür. Təşkilatın Nizamnaməsinin 9-cu maddəsinə uyğun olaraq, üzv dövlət nəzərdə tutulan çıxma tarixindən 12 ay əvvəl yazılı bildiriş verməklə MDB-dən çıxmaq hüququna malikdir. /Azpost.info












Bu xəbər üçün şərh yazın