
Moldovada keçirilən seçkilərdə Sandunun partiyası liderlik edir
Moldovada parlament seçkiləri baş tutmuş sayılıb.
Bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Moldovada keçirilən parlament seçkilərində protokolların 30%-nin emalından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 40,19% səslə liderlik edir.
Mərkəzi Seçki Komissiyasının (MSK) verdiyi məlumata görə, Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" 31,29% səs toplayıb.
Məlumata görə, yerli vaxtla saat 14:30-a (Bakı vaxtı ilə 15:30) olan nəticəyə əsasən, seçici siyahısına daxil olan vətəndaşların 33%-dən çoxu səsvermədə iştirak edib.
Bu göstərici seçkilərin baş tutmuş sayılması üçün tələb olunan minimum həddi təmin edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın