Moskva neft emalı zavodunun fəaliyyətini bərpa etməsi bir neçə ay çəkəcək

Moskva neft emalı zavodunun fəaliyyətini bərpa etməsi bir neçə ay çəkəcək 

İyun ayında iki dəfə dron hücumuna məruz qalan "Qazprom Neft" şirkətinin Moskva neft emalı zavodu yaxın zamanda fəaliyyətini bərpa edə bilməyəcək. 

Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.

Mənbələr bildiriblər ki, paytaxtın yanacaq tədarükünün üçdə birindən çoxunu təmin edən Moskvanın yeganə neft emalı zavodu yalnız 2027-ci ildə dəyən zərəri aradan qaldıra biləcək. Mənbələrdən birinin məlumatına görə, ildə 14 milyon ton tutuma malik neft emalı zavodunun təmiri "ən yaxşı halda altı ay" çəkəcək.

16 və 18 iyun tarixlərində baş verən məlum hücumlar bu neft emalı zavodunun hər iki əsas neft distillə qurğusuna zərər vurub. Bəzi analitiklər isə Moskva neft emalı zavodundakı təmir xərclərinin 1 milyard dollara çata biləcəyini və təmirin 1 il çəkəcəyini təxmin edirlər./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi