"Moskvada avtomobili partladan şəxs Türkiyəyə qaçıb" - FTX direktoru
Moskvada avtomobili partladan şəxsin Türkiyəyə qaçdığı məlum olub.
APA.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.
Xidmət rəhbəri onun Rusiyaya ekstradisiyası barədə sualı da cavablandırıb. O bildirib ki, hazırda həmin şəxsin həbs olunması üçün Türkiyənin hüquq-mühafizə orqanları ilə birgə iş aparılır.
Qeyd edək ki hadisə şəhərin Sinyavinskaya küçəsindəki yaşayış binasının yaxınlığında baş verib. Nəticədə iki nəfər yaralanıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın