Moskvada bu tarixədək mobil internet olmayacaq

Moskvada bu tarixədək mobil internet olmayacaq 

Moskvada 5-9 may tarixlərində mobil internet və SMS mesajlaşmaları məhdudlaşdırılacaq.

Rusiya mediasının məlumatına görə, bu barədə telekommunikasiya operatorları abunəçilərə xəbərdarlıq mesajları göndərib.

"Təhlükəsizliyi təmin etmək üçün 5-9 may tarixlərində bayram tədbirlərinin hazırlanması və keçirilməsi zamanı Moskvada mobil internet və SMS mesajlaşmalarına müvəqqəti məhdudiyyətlər qoyula bilər. İnternetə çıxış üçün Wi-Fi-dan istifadə etməyi, səsli zənglər üçün isə smartfon parametrlərinizdə VoLTE funksiyasından istifadə etməyi tövsiyə edirik", - xəbərdarlıqda deyilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi