
MOSKVADA GENERALI ÖLDÜRDÜLƏR
Moskva yaxınlığındakı Balaşixada avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-mayor Yaroslav Moskalik həlak olub.
Bu barədə “Mash” telegram kanalı məlumat yayıb.
Partlayan avtomobilin generala məxsus olmadığı bildirilir. Partlayıcı qurğunun Moskalikin avtomobilin yanından keçərkən işə düşdüyü qeyd olunur. Partlayış generalı bir neçə metr kənara atıb, həmçinin, binanın aşağı mərtəbələrindəki pəncərələr sınıb./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın