Moskvada hava limanı boşaldıldı – Bomba təhlükəsi ilə bağlı
Moskvada “Vnukovo” hava limanının inzibati binasının mərtəbələrindən biri bomba təhlükəsi ilə bağlı boşaldılıb.
Bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
“İnzibati binanın bir mərtəbəsi boşaldılıb, bomba təhlükəsi ilə əlaqədar araşdırma aparılır”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, təxliyyə inzibati binanın yeddinci mərtəbəsində həyata keçirilib.
Vəziyyət hava limanının işinə təsir etməyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın