Moskvaya təzyiq artır, müharibə dönüş nöqtəsinə çatır -

Moskvaya təzyiq artır, müharibə dönüş nöqtəsinə çatır - Sibiqa

Rusiya-Ukrayna müharibəsi artıq dönüş nöqtəsinə çatır. Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

“Ukrayna artıq sadəcə ianə istəmir, biz təhlükəsizlik iştirakçısı, donor və təcrübəmizi müttəfiqlərimizlə bölüşməyə hazır olan tərəfdaşıq. Müdafiə xərclərinin artırılması sülhün qarantıdır və hər bir NATO üzvünü Ukraynanın müdafiəsinə töhfə verməyə çağırıram. Bu sərmayə həyatımızda ən böyük sülh dividendini gətirəcək. Moskvaya təzyiq artır və müharibə dönüş nöqtəsinə çatır. Ukrayna mövqeyini qoruyub saxlayır və Rusiyanın insan resursları artıq həlledici üstünlük deyil”, - o bildirib./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi