Mübariz Əhmədoğludan Fazil Qəzənfəroğluna xəbərdarlıq: “Kiminlə danışdığını bilsin!”

Mübariz Əhmədoğludan Fazil Qəzənfəroğluna xəbərdarlıq: “Kiminlə danışdığını bilsin!” 

Səfəvi və ya Şah İsmayıl mövzusunda Fazil Qəzənfəroğluna cavab vermək, onunla distansion polemikaya girmək imkanım var və ehtimal ki, bu imkandan da istifadə edəcəyəm. İndiki qeyddə məqsədim onun mənim fikirlərimlə bağlı yazdığında 2, bəlkə də 3 təhqirli məqamı gördüm və cavab verməliyəm:


1. Görünür, Fazil Qəzənfəroğlu səhv yolda olduğuna görə ona təzyiqlər çoxdur və bu təzyiqlərin qarşısında bəlkə də müəyyən qədər psixologiyasını idarə edə bilmir. Mən məzhəbçi zehniyyət sahibi deyiləm, azərbaycanlıyam. Fazil Qəzənfəroğludan da əvvəl xalq hərəkatındayam və mənimlə xalq hərəkatında olanlar mənim üçün həyatda ən birinci Azərbaycançılıq olduğunu bilirlər. Bu barədə 25-30 yaşlı yazılarım var. Dövrünün ən populyar mətbu orqanlarında çap olunub.


2. Təriqətçiliyə qarşı mübarizə aparmaq “Don Kixotun yel dəyirmanı ilə mübarizə aparması” kimidir. Çox təəssüf ki, F. Qəzənfəroğlu “intellekti”nin geri qalmışlığının hesabına bu işlə məşğuldur. Dünyada heç bir tək Allahçı din bir təriqət və məzhəbdən ibarət deyil. Əslində, təriqətçilik, məzhəbçilik bütün tək Allahçı dinlərin zatındadır. Allahın yeni din yaradacağı, Peyğəmbər göndərəcəyi bizim bildiyimiz mövzu deyil. Şəxsən belə düşünürəm.


3.F.Qəzənfəroğlu namus mövzusundan danışır. Əlbəttə, “milli namus”, “dövlət namusu” terminindən istifadə edə bilərdi. Namussuzluq geniş anlamdadır. Görünür, F. Qəzənfəroğlu namusun nə olduğunu bilmir, bu mövzuda ona əlavə öyrənmək lazımdır. İranla əlaqəli bəzi mövzuları da namussuzluqla paralel işlədir. Düşüncəmə görə, Azərbaycanda olan 3-4 İran fanatının F.Qəzənfəroğluna qarşı hücumu həmin şəxslərin özfəaliyyəti idi.


Ölkəmizdə İran siyasətini, mətbuatını diqqətlə izləyən adamlardan biriyəm. Bəzi faktları xatırlatmaq istəmirəm. Hesab edin ki, F.Qəzənfəroğlu bəlkə də müəyyən qədər görüb, hiss edib. 25 ildir hər gün icmal hazırlayıram. F.Qəzənfəroğlunun İran mətbuatında çıxışını, İranla əlaqələrini də çox yaxşı bilən adamlardanam. İran televiziyası F.Qəzənfəroğlugilə məxsus Naxçıvandakı mehmanxananın necə fahişəxana kimi istifadə olunmasını çəkib, bəlkə də o kadrlardan F.Qəzənfəroğluna qarşı şantaj kimi istifadə edib. Ona görə F.Qəzənfəroğlu kiminlə danışdığını bilsin və sözlərini geri götürsün.


Şəxsi planda 4 övladım var, yoldaşım evdar qadındır. Övladlarımın dördü də xaricdə təhsil alıb və bu, mənim və həyat yoldaşımın xidmətidir.


F.Qəzənfəroğlunun yalnız xalq hərəkatında, xüsusilə özünün etdiyi pisliklər, satqınlıqlarda, Ə. Elçibəydən sonra Əli Kərimliyə və adları qeyd edilməyən yoldaşlarına etdiyi xəyanətləri Azərbaycanda bilməyən yoxdur.


Arzumdur ki, F.Qəzənfəroğlu mənimlə bağlı yazdıqlarına bir də qayıtsın. Tövsiyə edirəm ki, geri qayıtsın. F.Qəzənfəroğluna Azərbaycanda gülənçi mövzusunun baş qaldırdığı dövrdə o mövzuya qayıtmasında ona bu sifarişi, əmri verən, hökumətdə olan böyüyü - Gülənçiliyin baş direktoru ilə məsləhətləşməyi tövsiyə edirəm. Mən F.Qəzənfəroğlu və onun böyüyü ilə də polemikaya hazıram.


Ölkəmizdə həm gülənçiliyin baş direktoru, həm də İranın adamı vaxtilə Ümummilli Lider Heydər Əliyev və sonra da Prezident İlham Əliyev haqqında İrana çox sayda məlumat ötürüb. İndi İran o faktları onun özünə qarşı kompromata çevirib. Onu həm Ümummilli Liderin, həm də Prezident İlham Əliyevin, hətta onu bu yerə qədər böyüdən adamın əleyhinə qoya bilir.


F.Qəzənfəroğlu siyasətə necə gəlməsini yada salsın. Vaxtilə R.Mehdiyevin onun həyatında oynadığı rolu oynayan şəxs indi də var. Onunla məsləhətləşməyi tövsiyə edirəm.

Mübariz Əhmədoğlu

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər