"Müsavat seçkidə iştiraka meyilli partiyadır" – İsa Qəmbər
“Seçki təyin olunduqdan sonra iştirak edib-etməyəcəyimizi müzakirə edəcəyik və alınan qərar uyğun addım atılacaq. Mən buna təkbaşına qərar verə bilmərəm”.
AzPolitika.info xəbər verir ki, bunu Müsavat partiyasının başqanı İsa Qəmbər “BBC Azərbaycan”a müsahibəsində bildirib.
“Açığı, kifayət qədər çətin qərar olacaq”, - o, əlavə edib.
İ.Qəmbər səbəbini belə izah edib: “Çünki bir tərəfdən Müsavat seçkidə iştiraka meyilli partiyadır, biz hakimiyyətə gəlməyin yolunu ancaq seçkilərdə görürük. Digər tərəfdən, seçki indiki reallıqlar şəraitində keçiriləcəksə, oradan fərqli nəticələr gözləməyin anlamı yoxdur. Sadəcə belə çətin dilemma qarşısında o arqumentlər də səslənir ki, nəticə olmasa belə seçkilər partiyanın seçki institunun yaşamasına, cəmiyyətlə yeni əlaqələrin qurulmasına və güclənməsinə xidmət edir. Seçki dövründə insanlarla görüşməyə, təbliğat aparmağa imkanlar yaranır”.
O, qarşıdakı günlərdə Müsavat Partiyasınən iki qərardan birini qəbul etmək məcburiyyətində qalacağını vurğulayıb.
Bu xəbər üçün şərh yazın