Nadir Hərbi Qənimətlər Parkından danışdı:

Nadir Hərbi Qənimətlər Parkından danışdı: “İki manat gündəlik çörək puludu...“

“Eşitdiyimə görə, Hərbi Qənimətlər Parkına girişi pullu ediblər. Bu parkı ümumiyyətlə, niyə pullu ediblər?

Elə ailələr var ki, onlar üçün iki manat gündəlik çörək, qənd puludur...”

Bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib.

İfaçı Hərbi Qənimətlər Parkına girişin ödənişli olmasını doğru hesab etməyib. Onun fikrincə, parka giriş pulsuz olmalıdır çünkii bütün vətəndaşların parkı ziyarət etmək hüququ var:

“Mən hələ Hərbi Qənimətlər Parkında olmamışam. Eşitdiyimə görə, parka girişi pullu ediblər. Bu parkı ümumiyyətlə, niyə pullu ediblər?  Bəlkə, elə ailələr var ki, onlar üçün iki manat gündəlik çörək, qənd puludur, amma həm də parka gedib eksponatları izləmək istəyir. Nəzərə almaq lazımdır ki, hər kəs, xüsusən də gənclər, uşaqlar gələcəkdə düşməni tanımaq üçün o parka getməlidir. Mən düşünürəm ki, bu park pullu olmamalı idi.  Bu cür düşünürəm, bəlkə də səhvdir. Bəlkə də, bu qərarda hansısa məntiq var. Bu ümumilikdə Azərbaycan xalqının, qazilərimizin, şəhidlərimizin, əsgərlərimizin qələbəsidir. Bilmirəm, bu qərarı verəndə məntiqi harda gördülər...”

Qafarzadə parkda hərbi qənimətlərin sərgilənməsinə etirazını bildirənlər barədə də danışıb.

O, insanlarda cahilləşmə getdiyini qeyd edib və bunu pandemiya ilə əlaqələndirib:

“Bəziləri bu parkda qənimətlərin nümayiş olunmasının əleyhinədir. Bilirsiniz, artıq ölkədə cahil insanlar  o qədər çoxalıb ki... Ona görə mən hər zaman deyirəm ki, bu pandemiyanı, karantini yekunlaşdırın, insanlara savad verin, təhsil verin. Bu karantin uzandıqca, məktəblər, universitetlər, bağçalar bağlandıqca bizim gələcəyimiz cahilliyə gedir, bunu biləsiniz. Hər bir şeyin başında bu pandemiya durur, insanların başı xarab olub. Biz bir ildə üç-dörd müharibə yaşadıq. Pandemiya oldu, sonra Qarabağ müharibəsi, daha sonra yenidən pandemiya. Bu qədər COVİD xəstələri bizim beynimizi xarab elədi”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi