NARAZI müəllimlərdən nazirə müraciət:Tovuzda vətəndaş qəbulunda iştirakımızı təmin edin!
Elm və Təhsil Naziri Emin Əmrullayevin 18 oktyabr 2024-cü il tarixində Tovuzda planlaşdırılan vətəndaş qəbulunda iştirak etmək istəyən narazı müəllimlər var.
Faktinfo.az saytına göndərilən müraciətdə deyilir:
Hörmətli Cənab Nazir!
Yazıb bildiririk ki,Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllimlər kütləvi şəkildə işdən çıxarılır,narazı salınır. Kollecin direktoru Hicran Əyyubova 20 ilin müəllimlərinə dərs saatı vermir,ixtisara salmaq istəyir.İşə qəbul etdiyi müəllimləri də seçərkən öz mənafeyindən çıxış edir.
"Qazax rayonundan özü ilə kollecə müəllimlər gətirib,eləcə də bələdiyyə sədrini müəllim kimi işə qəbul edib vəs. Hələlik kollecdə baş verən qanunsuzluqlarla bağlı vaxtınızı almaq istəmirik.Xahişimiz budur ki, 18 oktyabr 2024-cü il tarixində Tovuzda planlaşdırılan vətəndaş qəbulunda bizi də qəbul edəsiniz.
Sizin planlaşdırılan qəbulunuzda iştirak etmək üçün 2 oktyabr 2024 cü il tarixində edu.gov.az saytı,146-6 və +994512067848 nömrəsinə whatsapp vasitəsilə qeydiyyat üçün müraciət etdik. Elm və Təhsil Nazirliyi tərəfindən bizim qeydiyyatdan keçməyimiz barədə məlumat verildi,sonradan məlum oldu ki,sizin vətəndaş qəbulunuzda biz müəllimlərin iştirakını istəmirlər.
Sizdən artıq dərəcədə xahiş edirik ki,18 oktyabr 2024-cü il tarixində Tovuzda planlaşdırılan vətəndaş qəbulunda bizim iştirakımızı təmin edin,Tovuz Dövlət Sosial - İqtisadi Kollecində baş verən neqativ halları sizin diqqətinizə çatdıraq,"-müraciətdə bildirilir.
Hörmətlə;
Vəliyeva Aynurə Mirzəli qızı
İsayeva Aygün Müslüm qızı
Ələkbərova Şahnaz Azər qızı
Tovuz Dövlət Sosial - İqtisadi Kollecin müəllimləri.
Bu xəbər üçün şərh yazın