Navalnı həbsxanada yaşadıqlarını danışdı: "8 saat məcburi şəkildə..."
Rusiyalı müxalifət lideri Aleksey Navalnı həbsxanada yaşadıqları barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, Navalnı “The New York Times” müxbirinə verdiyi müsahibəsində həbsxananın ümumi şəraitindən danışıb.
"SSRİ dövründəki ağır iş düşərgələri artıq yoxdur, ancaq, onun yerini psixoloji şiddət tutub. Gündə 8 saat dövlət televiziyasına baxmaq məcburiyyətində qalıram. Beynimizi yuyaraq psixoloji təsir göstərmək istəyirlər. Hər yerdə kameralar var. Daimi nəzarət və casusluq da var”, - müxalif lider qeyd edib.
Navalnı həmçinin bildirib ki, həbsxana nəzarətçiləri məhbuslara saatlarla dövləti təbliğ edirlər. Yatmaq istəyəndə isə oyandırırlar.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın