Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları Milli Kitabxanada təcrübə keçirlər - FOTOLAR
8-10 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları peşəkarlıq səviyyəsinin daha da artırılması, müvafiq sahə üzrə qabaqcıl təcrübənin və müasir metodların öyrənilməsi ilə əlaqədar Milli Kitabxanada təcrübə keçirlər.
Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov mütəxəssisləri qəbul edib, Naxçıvan Muxtar Respublikasının kitabxanaları ilə qarşılıqlı əlaqlərin qurulmasının önəmindən bəhs edərək, informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqinin mühüm əhəmiyyət kəsb ediyini vurğuluyıb və Azərbaycan Milli Kitabxanasının ölkənin baş kitabxanası kimi hər zaman Naxçıvan Muxtar Respublikasının kitabxanalarına kömək etməyə hazır olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov prof. Kərim Tahirova təşəkkür edib. Naxçıvan Muxtar Respublika kitabxanalarında elektron kitabxanaların qurulmasında yaranan çətinlikləri qeyd edərək proqram təminatı və tətbiqi ilə bağlı, həmçinin kitabxana işinin ayrı-ayrı sahələrinin gələcək inkişafı ilə əlaqədar təlimlərin keçirilməsi və işin müasir tələblərə cavab verəcək şəkildə təşkilində Milli Kitabxana tərəfindən köməklik göstərilməsini xahiş edib.
3 gün davam edəcək təcrübə proqramında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin Kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan şəhər və Culfa, Babək, Sədərək, Şahbuz, Şərur, Kəngərli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən ümumilikdə 13 nəfər mütəxəssis iştirak edir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın