Nazir anons etdi :Türkiyədə inflyasiya kəskin azalacaq
Gələn aydan başlayaraq Türkiyədə inflyasiya çox kəskin şəkildə aşağı düşməyə başlayacaq. Yolumuz bu istiqamətdədir. Keçid dövrü başa çatıb, deflyasiya dövrünə qədəm qoymuşuq.
Bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək açıqlamasında bildirib.
Orta və uzunmüddətli dövrdə iqtisadi böyüməyə təsir edəcək məqamlara toxunan nazir ticarətdə proteksionizm və parçalanmanın qlobal artıma mənfi təsir göstərdiyini, süni intellekt və struktur islahatlarının bunu artıracaq amillər arasında olduğunu deyib.
Nazir investisiya mühitinin yaxşılaşdırılmasını ayrıca müzakirə etdiklərini və bunun özlüyündə əhəmiyyətli bir məsələ olduğunu bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın