Nazir Kürdəmirdə vətəndaşları qəbul edib

Nazir Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO

Ədliyyə naziri Fərid Əhmədov 13 dekabr tarixində Kürdəmir şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.


Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Nazir Kürdəmirdə vətəndaşları qəbul edibNazir Kürdəmirdə vətəndaşları qəbul edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər