Nazir sabiq baş həkim Rauf Nağıyevə vəzifə verdi - ƏMR
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevə Səhiyyə Nazirliyində vəzifə verilib.
Bununla bağlı nazir Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Rauf Nağıyev Səhiyyə Nazirliyinin Səhiyyənin strategiyası sektorunun müdir müavini vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsindən azad edilmişdi. İşdən çıxarıldıqdan sonra isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə vermişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın