Nəcməddin Sadıkovun əlacı olsaydı, başımı kəsərdi

Nəcməddin Sadıkovun əlacı olsaydı, başımı kəsərdi 

"Tərtər işi" ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Qafqazinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda müttəhimlər son söz deyib.

Mühakimə olunan şəxslər heç biri özünü təqsirli bilmir, onlar məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqat şöbəsinin baş zabiti, təhqiqatçısı vəzifəsində çalışmış İ.Məmmədov son sözündə sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovun adını çəkib. Məmmədov deyib ki, hadisələr baş verən vaxtlarda Nəcməddin Sadıkovla münasibətləri gərgin olub. O, bu səbəbdən əsassız cəzalandırıldığını deyib: “Nəcməddin Sadıkovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Əlacı olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı neyləsin? Məni iclasdan qovdu”.

Təqsirləndirilən Ziya Kazımov səhhəti ilə əlaqədar son söz deyə bilməyib. Həkimin rəyi əsasında proses dekabrın 28-ə kimi təxirə salınıb.

 

Qeyd edək ki, prokuror Bəkir Orucov və Ziya Kazımova 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova 8 il 6 ay həbs cəzası tələb edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər