Neftçalada Tənzilə Rüstəmxanlıya dəstək ifadə olundu

Neftçalada Tənzilə Rüstəmxanlıya dəstək ifadə olundu - FOTO

Daha bir qrup Neftçala şəhər sakini 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçki qərargahını ziyarət edib, dəstəklərini ifadə ediblər.

Şəhər sakinləri Tənzilə Rüstəmxanlı ilə bir çox məsələləri, mövcud problemləri müzakirə edib və gələcək fəaliyyətində onunla birgə addım atacaqlarını bildiriblər.


Sonra onlar xanım namizədə uğurlar arzulayıb, hamılıqla səslərini ona verəcəklərini və millət vəkili seçiləcəyinə əminliklərini qeyd ediblər.


Tənzilə xanım öz növbəsində onun namizədliyinə verdikləri dəstəyə və səmimi ürək sözlərinə görə seçicilərə təşəkkür edib.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi