Neftçilər Xəstəxanasında kafe su hovuzunun lükunun üzərində yerləşsəydi...

Neftçilər Xəstəxanasında kafe su hovuzunun lükunun üzərində yerləşsəydi... -YANAŞMA+FOTO

Mərkəzi Neftçilər Xəstəxanası ilə bağlı bir sıra saytlarda yayılan xəbərlərdə əsaslandırmaya baxdıqda yanlış yanaşmaya rast gəlinir.

Çünkü,tenderdən yazırlar.Tenderin qalibini xəstəxana rəhbərliyi yox, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən edir.Birmənalı olan məsələni təkrarçılıqla xəstəxana rəhbərliyinin adı ilə bağlamaq kökündən yanlışdır.Tenderin qalibi müəyyən olduqdan sonra xəstəxana rəhbərliyi ikitərəfli müqaviləni imzalayır. Bu mövzuda bir müddət əvvəl mətbuata Mərkəzi Neftçilər Xəstəxanası rəhbərliyi səviyyəsində açıqlama verilib.


O ki,qaldı Mərkəzi Neftçilər Xəstəxanasında kafenin su hovuzunun üzərində yerləşməsi iddialarına, burada qeyri adi və ya qanunsuz heç nə yoxdur. Çünkü,xəstəxananın həyətində fəaliyyət göstərən kafe su hovuzunun lükunun üzərində yerləşsəydi,yazılanlara və ya bunu yazanlara bəraət qazandırmaq olardı.Vəyaxud, oranın bağlanması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məktub da ünvanlamaq yerinə düşərdi.Birdəki elə deyilki,orada fəaliyyət göstərən kafedən kimlərsə xəbərsiz olsun.


Ümumiyyətlə, xəstəxana və orada yerləşən əmlakın sahibi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidirsə,Mərkəzi Neftçilər Xəstəxanası rəhbərliyini günahlandırmaq məntiqdən kənardır.Məsələyə texniki parametrlər üzərindən yanaşdıqda isə, su hovuzunun luku kafedən kənardadır.Buna dəfələrlə gəlib Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxıb.Hətta,Allah eləməmiş hər hansı yanğın hadisəsi olacağı təqdirdə yanğınsöndürənlərin necə hərəkət edəcəkləri videolentə köçürülüb.Yəni FHN-nin əməkdaşları bir çox xəstəxanalarda olduğu kimi orada da,təlim keçiblər.(Yeri gəlmişkən keçirilən təlimə dair şəkillərə foto qalareyadan baxa bilərsiniz) Bu faktdı.Keçirilən təlimlər zamanı  kafenin fəaliyyətinin yanğının söndürülməsinə maneə yarada biləcəyi qənaəti yaranmış olsaydı, yəqin ki, kafe ərazidən götürülərdi.


Qaldı, mətbuat üçün bir məsələni qeyd etmək istəyirəm.İstənilən xəstəxanada kafetariya olmalıdır.Mövzu Mərkəzi Neftçilər Xəstəxanasıdırsa bu səhiyyə müəissəsinin heç bir mərtəbəsində yeməkxana yoxdur. Bina layihələndiriləndə bu nəzərdə tutulmayıb,və yaxud yaddan çıxardılıb.Yaxşı sual olunmazmı,xəstəxananın həkim və tibbi personalı, hətta xəstəsini gözləyən şəxslər zərurətdən harda bir stəkan çay içməlidir? Dünya standartlarından danışırıq bəzən, inkişaf etmiş ölkələrdəki xəstəxanaları örnək kimi göstəririk,məgər onların səhiyyə müəissələrində kafetariya yoxdur ki? İndi nə deyirsiniz,Mərkəzi Neftçilər Xəstəxanasının həyətində kiminin çay içdiyi,kiminin xəstəsi ilə orda 5-3 dəqiqə su içib,söhbət etdiyi kafetariya bağlansın?

FAKTİNFO.AZ 



Neftçilər Xəstəxanasında kafe su hovuzunun lükunun üzərində yerləşsəydi...Neftçilər Xəstəxanasında kafe su hovuzunun lükunun üzərində yerləşsəydi...
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər