“Nəhəng donanmamız İrana doğru hərəkət edir”

“Nəhəng donanmamız İrana doğru hərəkət edir” – Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerikanın “nəhəng donanması” İrana doğru hərəkət edir və Vaşinqton Tehrandakı vəziyyəti “çox diqqətlə izləyir”. Tramp eyni zamanda ümid etdiyini deyib ki, ABŞ-nin gücdən istifadə etməsinə ehtiyac qalmayacaq.

Azpolitika.info Qərb mediasına istinadla xəbər verir ki, Tramp bu açıqlamanı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan Vaşinqtona qayıdarkən, prezident təyyarəsində jurnalistlərlə söhbətində verib. Ağ Ev həmin söhbətin videogörüntülərini yayımlayıb.

“Bizim çoxlu gəmilərimiz o istiqamətə gedir. Nəhəng donanmamız oraya doğru hərəkət edir. Görək nə olacaq. Mən istərdim ki, heç nə baş verməsin, amma biz onları çox yaxından izləyirik”, - Tramp deyib.

ABŞ Prezidenti, həmçinin İranın hökumətə qarşı etirazlarda iştirak edən 837 nəfərin edamı ilə bağlı planlardan geri çəkilməsinin onun xəbərdarlıqlarından sonra baş verdiyini bir daha iddia edib. Trampın sözlərinə görə, İran tərəfi edamların “təxirə salınmadığını, ləğv edildiyini” bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi