Nepal vətəndaşları da Ukraynaya qarşı döyüşür –

Nepal vətəndaşları da Ukraynaya qarşı döyüşür – Rusiya muzdlulara 2 min dollar verir...

“Ən azı 15 min Nepal vətəndaşının Rusiya ordusuna qoşularaq Ukraynaya qarşı müharibədə iştirak edir”.

AzPolitika.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

CNN mənbələrinə görə, nepallılar Rusiyaya turist vizası ilə Birləşmiş Ərəb Əmirlikləri və ya Hindistan vasitəsilə daxil olurlar. İddialara görə, Rusiya hökuməti onlara aylıq iki min dollar maaş və vətəndaşlıq üçün sürətli yol təklif edir.

Rusiya sərhəd xidmətinin məlumatına görə, ölkəyə əvvəlkindən qat-qat çox nepallıların gəldiyi doğru olsa da, hələ ki, CNN-nin qeyd etdiyi məlumat təsdiq olunmur.

2022-ci ildə 72 nepallı turist Rusiyaya daxil olub. 2023-cü ildə ölkəyə koronavirus pandemiyasından əvvəl 2019-cu ildəkindən bir qədər az - 1039 turist gəlib. Onlardan 700 nəfəri ilin son üç ayında Rusiyaya ayaq basıb.

Yanvarın əvvəlində Nepal hakimiyyəti vətəndaşlara Rusiya və Ukraynada iş icazələrinin verilməsini dayandırıb. Hökumət bu qərarı Rusiya ordusuna cəlb edilmiş ən azı 10 nepallının ölümündən sonra verib.

Rəsmi Katmandu Moskvadan nepallıları işə götürməyi dayandırmağı və artıq işə götürülənləri vətənə qaytarmağı tələb edib.

Nepal hakimiyyətinin məlumatına görə, hazırda Rusiya tərəfində azı 200 muzdlu döyüşə bilər. Onların müqavilə əsasında orduda xidmət etmələri və ya özəl hərbi şirkətlərə cəlb olunduqları açıqlanmır.

Nepal Xarici İşlər Nazirliyi vətəndaşları hər iki tərəfdən Ukrayna ərazisində müharibədə iştirak etməməyə çağırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər