
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı
Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.
Teleqraf.com xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.
Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub.
2013-cü ildə Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib.
Gülarə Verdiyeva 2010-cu ildə parlament seçkilərində deputatlığa namizəd də olsa da, qalib gələ bilməmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın