Nəsimi rayonunda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi çərçivəsində COP29-a həsr edilmiş ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatı, Nəsimi rayon İcra Hakimiyyəti və "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti 2024-cü il 16 mart tarixində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilmiş ağacəkmə aksiyası keçirib.
Faktinfo.az xəbər verir ki,aksiya Nəsimi rayonunda yerləşən Zorge bağında təşkil olunub.100-dən çox əməkdaşın iştirakı ilə sözügedən ərazidə təbii sərvətlərimizi qorumaq məqsədilə 300 ədəd "pramidal sərv" ağac növü əkilib. Yeni əkilmiş ağaclar suvarılıb və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülüb.
Həmçinin tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.
Məlumatda o da qeyd olunur ki,2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi çərçivəsində bu kimi tədbirlər uğurla davam etdiriləcəkdir.
Bu xəbər üçün şərh yazın