NƏSİMİ RAYONUNDA BİNANI NƏSİMİ KİMİ DAR AĞACINDAN ASIBLAR- FOTO
...Bakı şəhərində vaxtilə mənzilini genişləndirmək üçün eyvanı genişləndirmə siyasəti hamının gözü qarşısında davam edib...
Bu gün həmin eyvanlar "göz oxşayır". İcra hakimiyyətləri üçün yaxşıca pul mənbəyi olan eyvanlara baxdıqca adamın yadına nələr düşmür. Bu gün Bakını göydələnlərlə çarmıxa çəkənlər paytaxt sakinlərinin gününü göy əskiyə büküb. İnsanlar evdən çıxanda ilk növbədə tıxacdan xilas yolu barədə düşünür, itirəcəyi qızıl kimi vaxtının hesabını aparır...
Şəkildə gördüyünüz bu mənzərə isə Nəsimi rayonunda çəkilib... Bina Nəsimi kimi dar ağacından asılı qalıb... Amma bu cür binalar Bakı küçələrinə göz qoymuş iş adamları- məmurlar üçün yem yeridir, ovdur... Necə ki, indi Bakı da göydələnlərlə çarmıxa çəkilib...
A.Məmmədli
Təzadlar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın