Nizami Səfərov seçicilərlə fərdi görüşlər keçirdi

Nizami Səfərov seçicilərlə fərdi görüşlər keçirdi – FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov Tovuz rayonda qadınlardan ibararət “Qərb yenilikləri” kənt təsərrüfatı istehsal və istelak qadın kooperativində, Tovuz şəhər və kənd ağsaqqalları olan seçicilərlə fərdi görüşlər keçirib.

Deputatlığa namizəd Nizami Səfərov seçicilərə partiyanın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan qadınlarının tarixən cəmiyyətin müxtəlif sahələrində, xüsusilə ictimai-siyasi həyatda mühüm rol oynayıb, bir çox qadınlarımız siyasi arenada aktiv fəaliyyət göstərib, dövlət idarəçiliyində və yerli hökumət orqanlarında mühüm mövqelər tutub.O, daha sonra belə bir kooperativin yaradılmasında qadın əməyinin olmasını yüksək qiymətləndirib.

Tovuzlular ictimai-siyasi proseslərdə, xüsusilə də seçkilərdə həmişə aktiv iştirak etdiyini qeyd edərək deputat seçiləcəyi təqdirdə ona göstərilən inamı layiqincə doğruldacağını qeyd edib.

Çıxış edən seçicilər də öz növbəsində yeni hədəflərə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namizədi Nizami Səfərova səs verəcəklərini bildiriblər.

        

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər