Nizami Səfərov təhsil sahəsində çalışan seçicilərlə görüşdü

Nizami Səfərov təhsil sahəsində çalışan seçicilərlə görüşdü – FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov rayon təşkilatının qərargahında təhsil sahəsində çalışan seçicilərlə görüş keçirilib.

Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında Dövlətçilik tarixinin ən güclü, qürurlu mərhələsini yaşayan Azərbaycan həm ölkə daxilində, həm də regionda yeni siyasi reallıqlar yaratdığını eləcə də 44 günlük Vətən müharibəsi və ardınca bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini bildirərək demokratik inkişaf yolunda irəliləyən Azərbaycanda ilk dəfə olaraq cari ilin fevral ayında ölkənin bütün ərazisini əhatə edən prezident seçkiləri keçirildiyini və hazırda ölkəmiz növbəti mühüm siyasi prosesə – növbədənkənar parlament seçkilərini keçirməyə hazırlaşdığını və bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşdüyünü eləcə də bu, suverenliyimizin qanunvericilik müstəvisində də təsdiqinin daha bir təzahürü olduğunu qeyd edib.

Deputatlığa namizəd Nizami Səfərov çıxışında Azərbaycanda hər bir sahədə olduğu kimi, təhsil sektorunda da islahatlar davam etdiyini bu islahatların əsasında isə, şübhəsiz, Ulu Öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən strateji kurs dayandığını, Prezident İlham Əliyevin yüksək diqqəti və müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət etdiyini və bunun təbii ki, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından təkmilləşdirilməsi işinə ciddi töhfələr verəcəyini bildirib.

Uzun müddət təhsil sahəsində çalışan bir şəxs kimi deyə bilərəm ki, təhsilin inkişafı hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub və bu sahəyə ölkə rəhbərliyi tərəfindən ən yüksək səviyyədə diqqət göstərilib. Təhsilə və müəllimlərə göstərilən dövlət qayğısı, ölkəmizdə müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar, müəllimlərin motivasiyanı gücləndirdiyini bildirib.

Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Görüşün sonunda təklif və şikayətlərini dinlənilib./Qlobalinfo.az

        

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi