Nostrifikasiya üçün dövlət rüsumu 3 dəfə artdı

Nostrifikasiya üçün dövlət rüsumu 3 dəfə artdı 

Xaricdə təhsil alan azərbaycanlı tələbələr diplomlarının ölkəmizdə nostrifikasiyası zamanı dövlət rüsumunun 3 dəfə qalxmasından şikayət edirlər.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Axar.az-a dövlət rüsumunun birdən-birə bu qədər qalxmasının səbəbini açıqlayıb.

“Dövlət rüsumunun artması Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarına əsasən müəyyən edilib.“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği” haqqında qərara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı müəyyən edilmişdir”, - açıqlamada qeyd edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi