Novruz Aslan olmasın... kim olursa-olsun... - Seçicilər BELƏ DEYİR...
"Novruz Aslan olmasın... kim olursa-olsun..."
Dia-az.İnfo xəbər verir ki, bu sözlər "Facebook"da "İsmayıllılar" qrupundakı paylaşım-müraciətdə qeyd olunub. Müraciət müəllifi olan İsmayıllı rayon sakinləri 20 ilə yaxındır ki, onlara deputatlıq edən, amma vəkillik etməyən Novruz Aslandan daha usandıqlarını dilə gətirirlər.
Qeyd edək ki, 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) İsmayıllı rayonunda birmənalı olaraq qarşılanmır və keçən seçkilərdə də onunla bağlı müxtəlif qalmaqallar yaşanmışdı.
İndi isə sakinlər öz etirazlarını ifadə etməklə yanaşı, digər namizədlərdən hansısa birinin qələbəsi üçün əllərindən gələni edəcəklərinə də söz veriblər.
Dia-az.İnfo xəbər xatırladır ki, sözügedən seçi dairəsində qeydə alınmış 7 namizəd var və proqnozlaşdırılır ki, qutulardan yenə də Novruz Aslan çıxacaq. Elə buna görə də, seçicilər artıq dəyişiklik arzularını ifadə etməyə başlayıblar.
Novruz Aslanla rəqib olanlar...
Siyahıdan da göründüyü kimi, Novruz Aslana qarşı zəif namizədlə çıxan hakim Yeni Azərbaycan Partiyasının özü də 89 saylı Seçki Dairəsində hansısa kardinal dəyişikliyin arzusunda deyil...
Amma buna rəğmən seçicilər Novrus Aslana səs verməyəcəklərini dilə gətirirlər... Ən azından ilkin qənaət bundan ibarətdir...
Bu xəbər üçün şərh yazın