“FETÖ" çular İqtisad Universitetində yüksək postları ələ keçiriblər
"Rektor Ədalət Muradovu kimlər idarə edir?""Salam hörmətli redaksiya!
Dövlət İqtisad Universitetində dərs deyirəm. Lakin artıq işləmək mümkün deyil. Universitet pis vəziyyətə düşüb. Gənc kadrlar adı ilə FETÖ-çuları işə götürüblər. Universitetin adını öz təriqətilərinin adına uyğun dəyişiblər. Bütün bunları araşdırmışam. Araşdırmanı oxuyub dərc etmənizi xahiş edirəm".
Bu sözlər neçə gün əvvəl «Təzadlar»a təqdim edilmiş araşdırma yazısından bir abzasdır... Professional səviyyədə hazırlanmış, dəhşət saçan faktlarla zəngin, çoxsaylı mötəbər istinadlara söykənən bu araşdırma yazısında ölkə gündəmini dəyişəcək faktlar yer alıb... "Rektor Ədalət Muradovu kimlər idarə edir?", başlıqlı və "“Nurçular” İqtisad Universitetində yüksək postları necə ələ alıblar?" yarımbaşlıqlı araşdırma yazısının müəllifi isə ADİU-nun müəllimidir... Lakin adı gizli saxlanılır...
Redaksiya olaraq hər kəsin cavab haqqını tanıyırıq və bu yazıda da olduqca ciddi faktlar yer aldığından, və qarşı yönəli olduqca sərt ittihamlar olduğundan mövqeyini öyrənmək üçün "KİV haqqında" Az.Res. Qanunun tələblərinə uyğun olaraq yazını elə həmin "Təzadlar"ın rəsmi blankında ADİU-nun rektoru, çox hörmətli professor Ədalət Muradova göndərdik... Yazının müəllifinə də bildirilmişdi ki, qarşı tərəfin mövqeyi olmadan bu yazının dərci hüquqi problemlər yarada bilər. Azərbaycan dövlətinin siyasətinə dəstək xarakterli bu yazıya neçə vaxtdır qarşı tərəfin cavabını gözlədik. Lakin başqa reaksiyalarla qarşılaşdıq…
Elə məqamıdır deyə, bəri başdan Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin, həmçinin Yasamal rayon Məhkəməsinin, eləcə də cənab rektor, professor Ədalət Muradovun bizdən giley-güzar, şikayət edəcəyi ünvanların, hörmətli şəxslərin diqqətinə çatdırırıq ki, biz qanunvericiliyin bütün tələblərinə uyğun olaraq addımlarımızı atdıq. Kimsənin ürəyində qaranlıq, yad fikirlər dolaşmasın deyə, bir daha bildiririk ki, «Təzadlar» 1993-cü ildən üzü bəri qoruyub-saxladığı imici indi də qorumaqda israrlıdır, dövlətimizin ümumi siyasətinə həmahəng olan bu yazını da məhz buna görə ictimailəşdirməli olduq. Qarşı tərəfin cavab haqqını yenə də tanıyırıq, hörmətlə yanaşırıq, amma bunu vaxtında etsəydi, yerinə düşərdi.
Beləliklə, həmin yazını aşağıda təqdim edirik:
Salam, hörmətli redaksiya! Dövlət İqtisad Universitetində dərs deyirəm. Lakin artıq işləmək mümkün deyil. Universitet pis vəziyyətə düşüb. Gənc kadrlar adı ilə FETÖ-çuları işə götürüblər. Universitetin adını öz təriqətilərinin adı uyğun dəyişiblər. Bütün bunları araşdırmışam. Araşdırmanı oxuyub dərc etmənizi xahiş edirəm.
Son vaxtlar Türkiyə mətbuatında gedən yazılar və Türkiyə universitetlərində FETÖ araşdırmaları diqqətimizi çəkdi. Azərbaycanda da belə bir işıltılar sezdik. Çünki təriqətçilərin bir seçilən xüsusiyyəti var ki, ələ keçirdikləri yerdə yeni qaydalar yaradır, öz abreviaturalarını tətbiq edirlər. Dövlət İqtisad Universitetində də keçən il müəmmalı şəkildə universitetin adını dəyişməyə cəhdlər oldu. Lakin buna nail olunmadı. Dövlət qurumları Azərbaycan Dövlət İqtisad Universitetinin adının UNEC-ə çevrilməsinə qəti etiraz etdilər. Buna baxmayaraq dövlətin etirazına və imtinasına əks olaraq UNEC ideyasının müəllifləri bunu universitetin bir brendi kimi qələmə verməyə başladılar. Burada da şübhəli məqam odur ki, niyə məhz Dövlət İqtisad Universitetində rəhbər vəzifələrin və məsləhətçilərin dəyişikliyindən sonra belə bir hadisə yaşandı. İllərdir tanınan Azərbaycan Dövlət İqtisad Universitetinin adını dəyişmək hansı məqsədləri güdür? Universitetin adinın dəyişdirlməsində FETÖ-çuların bir rolu varmı? Bu məsələnin xüsusi jurnalist araşdırmasına ehtiyacı var. Ümid edirik ki, maraqlı tərəflər bu yazıdan sonra araşdırmaya yardımçı olacaqlar. Bu yazı ilə bağlı bizi hansısa birtərəfli mövqedə ittiham etmək istəyənlərə demək istəyirik ki, bu məqalədə yazılan məlumatların böyük qismi elə universitetin rəsmi saytından, Azərbaycan və Türkiyə mətbuatından götürülüb.
Beləliklə, əgər UNEC “University of economy” deməkdirsə, bu necə Azərbaycan Dövlət İqtisad Universitetinin bir brendi ola bilər? Əgər bu brenddirsə, özündə nəyi ehtiva edir, məhsul olaraq nədir? Əgər əmtəə və ya məhsuldursa, onda adı niyə “University of econmomy”dir? Yəni, birbaşa olaraq Universitetin rəsmi adının ekvivalentidir. Və nə üçün hər yerdə unversitet UNEC kimi, UNEC universitet kimi təbliğ olunur? Əgər UNEC - “University of economy” deyilsə, bəs nə deməkdir? Burada hər hansı bir gizli şifrlər varmı? Suallar çoxdur. Universitetin rəsmi saytında «UNEC rektoru», «UNEC müəllimi», «UNEC» tələbəsi kimi ifadələr işlədilir. Əgər UNEC universitet yox, onun bir brendidirsə, brendin rektoru və ya tələbəsimi olur? Yox, əgər bu ingilis dilində tanıtımdırsa, onda universitetin ingilis abviaturası ASUE olmalıdır. Rəsmi olaraq dövlət qurumlarında belədir.
Bu UNEC-ləşmə Gülən təhsil sisteminə adaptasiya ola bilərmi?
Belə çıxır ki, “bu, bir brenddir” deyənlər özləri də brendin mənasını bimirlər. Bizə elə gəlir ki, bu məsələyə aydınlıq gətirmək üçün UNEC ideoloqlarının kimliyini araşdırmağa ehtiyac var. Bu şəxslər universitetdə vacib, strateji mövqelərdə olanlardır. Universitetin istiqamətini, yeri gələndə rektorun da hərəkətlərini idarə edə biləcək şəxslərdir. Bu UNEC-ləşmə Gülən təhsil sisteminə adaptasiya ola bilərmi? Ümumiyyətlə, FETÖ-nün Dövlət İqtisad Univeritetində dayaqları kimlərdir? Niyə dövlətin univeristeti özbaşına başqa adla adlandlrılsın, axı buna heç bir rəsmi qurum icazə verməyib. Belə çıxır ki, Nazirlik də bu özbaşınalıqla bacarmır. Təhsil naziri Mikayıl Cabbarov öz işinin öhdəsindən gələ bilmirmi? Ehtimal var ki, nazirliyin müəyyən şöbələri də FETÖ-çuların idarəetməsinə keçib, ya da...
UNEC, sadəcə, Universitetin bir brendi kimi qeyddiyyatdan keçib. “UNEC” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı il yanvarın 21-də rəsmi qeydiyyata alınıb. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək(tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili), ikinci isə 42-ci sinfini (elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi) əsas götürüb.
«UNEC rektoru» və ya «UNEC müəllimi», tələbəsi ifadəsi qanuna ziddir, həm də mövcud olan Azərabaycan Dövlət İqtisad Universitetinin adına, tarixinə hörmətsizlikdir...
Universitetin brendi UNEC-dir. Lakin Universitet deyil. «UNEC rektoru» və ya «UNEC müəllimi», tələbəsi ifadəsi qanuna ziddir, həm də mövcud olan Azərabaycan Dövlət İqtisad Universitetinin adına, tarixinə hörmətsizlikdir. UNEC-i Azərbaycan Dövlət İqtisad Universiteti əvəzinə universitet adı kimi tanıtmaq və təbliğ etmək ilk növbədə ölkə qanunlarına hörmətsizlikdir. BMT-nin İqtisadiyyat Komissiyasının abreviaturasını «United Nations Economic Commission- (UNEC)» Azərbaycan Dövlət İqtisad Universitetinin adı kimi abreviaturada təqdim etmək plagiatlıqdır.
Bildiyimiz kimi, FETÖ başçısı Fətulla Gülən ABŞ-da, Pensilvaniyada yaşayır və “imperiya”sını oradan idarə edir. Dünyanın müxtəlif yerlərində olan FETÖ imamları vaxtaşırı Pensilvaniyaya gəlib ondan yeni təlimatlar alıb, olanların haqqında hesabat verirlər. Gülən təriqəti ABŞ-da geniş təhsil şəbəkəsinə malikdir. Yalnız Pensilvaniyada 3 kollec birbaşa bu təriqətin nəzarətindədir. ABŞ-ın universitetlərində də Gülən təriqəti ilə bağlılığı olan çoxlu saylı müəllim və professorlar var. Məsələ ondadır ki, Pensilvaniyada dəfələrlə olan, orada yaşayan və çalışan şəxslər Azərbaycan Dövlət İqtisad Universitetində çalışırlar və mühüm postları tuturlar. FETÖ-nün Azərbaycan təhsil sisteminə təsir etməsi isə olduqca təhlükəli bir prosesdir. Bu həm dövlətçiliyə, həm də qardaş Türkiyə ilə olan münasibətlərə xələl gətirə bilər. Buna görə də FETÖ-nün Azərbaycan Dövlət İqtisad Universitetinə təsiri, rektoru yönəltmə imkanları araşdırılmalıdır.
Maraqlı faktdır ki, bu gün dövlətin qanunlarına zidd olaraq «UNEC» adlandırılan Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruz Tuzcu Oglu da bir müddət Pensilvaniyada yaşayıb və çalışıb. Fərrux Tuzcuoğlu əmək fəaliyyətinə 1996-cı ildən Sakarya Universitetində başlayıb, universitet nəzdində fəaliyyət göstərən Akyazı kollecində proqram rəhbəri, Geyve kollecində kafedra müdiri və müdir, Sakarya Universitetində dekan müavini və kafedra müdiri vəzifələrini icra edib.
Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsində dekan vəzifəsində çalışır. 2012-2013-cü illərdə ABŞ-da Pennsilvaniya Universitetində tədqiqat aparıb. Türk Dünyası İşlətmə fakültəsi Azərbaycan Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda 1992-ci ildən yaranmışdır. Fakültə dekanı Türkiyə Universitetlərinin müəllimləri arasından seçilir. Fakültənin akademik heyətini Türkiyədə təhsil almış azərbaycanlı və türkiyəli müəllimlər təşkil edir. Gördüyümüz kimi fakültə FETÖ-nün ölkəmizə emisar və missionerlərinin axışdığı bir zamanda açılıb. 90-cı illərin əvvəlində “nurçular” öz ideologiyalarını Qafqazda və Orta Asiyada rahatlıqla yayırdılar. ABŞ-da FETÖ-ya Pensilvaniyada Truebright Bilim Akademisi Ortaokulu, Merkezi Pennsylvania Genç Bilginler Okulu, Batı Pennsylvania Genç Bilginler Okulu məktəbləri Fətulla Gülən şəbəkəsinə daxildir. İstisna deyil ki, FETÖ Pensilvaniya Universiteti ilə də sıx bağlıdır. Bu universitet vaxtı ilə Fətulla Gülən davamçılarının dərs aldığı və çalışdığı ali məktəbdir. Xatırladaq ki, İqtisad Universitetinin fakültə dekanının çalışdığı Sakarya Universitetində bu ildən araşdırmalar başlanmışdı. FETÖ ilə əlaqədə şübhəli 10 professor saxlanıldı. Sakarya FETÖ-nün əsas mərkəzlərindən biri olub və hazırda orada istintaq aparılır.
Pensilvaniya və Sakarya ilə əlaqəli şəxslər İqtisad Universitetdə az deyil. Rektorun sağ əli olan, köməkçisi Ramil Cabbarov univeristetdə ən gənc kadrlardan olsa da, çevik siyasəti ilə seçilir. Deyilənə görə, UNEC adının da ideya müəlliflərindən biri odur. Ramil Cabbarov rektorun çıxışlarını tənzimləyir. Nəyin necə demək lazım olduğunu diqtə edir. O, özünü universitetin yerli “imamı”kimi aparır. Sərbəst şəkildə müəllimlərin işinə də müdaxilə edir. Rektor-köməkçi üzərində dayanmağımız onun da Pensilvaniya ilə əlaqəli olması, FETÖ-çuların mərkəzi olan Sakarya universitetlərdə və FETÖ-çuların olduğu digər universitetlərdə təlimlər keçməsidir. Bu şübhələr Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən araşdırılmalıdır. Bunu bizə dövlətimizin maraqları diqtə edir. Ən əsası isə Türkiyə mətbuatında gedən yazı rektor köməkçisinin fəaliyyətinə də nəzər salmağımıza sövq etdi. Türkiyənin “Diriliş Postası” qəzetinin yazdığına görə FETÖ-cuların əsas bağlayıcı üzvü köməkçi vəzifəsini daşıyanlardır. Yəni, “nurçular”ın müxtəlif sahələrdə tutduğu vəzifələr əsasən rəhbərlərin köməkçisi və məsləhətçilərdir. Bunun səbəbini də qəzet açıqlayıb: “Örgütün asistanlarına ilişkin dikkati çeken tespitlerin aktarıldığı iddianamede, şu değerlendirmelere yer verildi: "Sohbetlere katılma, himmet verme, kurban bağışında bulunma, iller arası düzenlenen toplantılarda üniversite ve akademik kadroyla ilgili bilgi verme gibi örgütsel faaliyetler icra eden asistanların, FETÖ içindeki önemi ve yeri her daim yüksek olmuş, üniversite kadrolaşmasında mihenk taşı statüsünü korumuştur. Akademisyen çoğunluğunu ele geçirme stratejisi vardır. Zira 'akademisyen çoğunluğu' demek, rektör seçiminde söz sahibi olmak, dekan olacak öğretim üyelerini belirlemek, fakülte kurullarının, senatonun, ana bilim dalı başkanlıklarının, bölüm başkanlıklarının seçimi ve oluşumunda belirleyici olmak, asistan alımlarında kurulacak jürileri oluşturmak gibi üniversitenin temel işleyişinde 'baş aktör' olmak demektir. Bu işleyişlere hakim olabilecek çoğunluğu ele geçirebilmek için legal ya da illegal tüm yollara başvurulmuştur.”
Bu ilin may ayında Türkiyə Respublikası ”Doqquz Eylul Universiteti”ndə FETÖ-ya bağlı 27 nəfər həbs edildi. Dövlət İqtisad Univeristetinin Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev 1993-2001-ci ilə qədər həmin univeristetdə təhsil alıb. Təriqətə mənsub olduğu şübhəlilərdən biri də müəllim Fariz Əhmədovdur. O da Sakarya Universitetində 2003-2005-ci illərdə Fətulla Gülən şəbəkəsinin çox nüfuzlu olduğu bir zamanda təhsil alıb və Türk dünyası işlətmə fakültəsində dissertasiya müdadiə edib.
Dövlət İqtisad Universitetində çoxları bilir ki, Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru Raqif Qasımov da Sakarya Universitetində təhsil alıb. Bu ilin qışında Türkiyə universitetlərində FETÖ araşdırması aparılanda İqtisad Universitetinin Türk dili işlətmə fakültəsi ilə bağlı araşdırma aparılıb. Fakültənin bağlanma təhkükəsi də olub. Türkiyə tərəfinin təkidi ilə bu fakültə bağlanmalı idi. Hətta bildiyimizə görə, rektor Ədalət Muradov məsələni həll etmək üçün təcili Türkiyəyə uçub, fakültənin bağlanması təxirə salınıb.
Fəaliyyəti Azərbaycanda qadağan edilən “nurçular” təhsil sistemində yaranan münbit şəraitdən istifadə edərək bir sıra universitetlərdə yüksək postlarda və əlverişli mövqelərdə təmsil olunublar…
Türk Dünyası İşlətmə fakültəsinin dekan müavini Yusif Əliyev təhsilini 2003-cü ildə Türkiyə Respublikası Selçuk Universitetində alIb. Məsələ ondadır ki, FETÖ-nün əsas ideoloqlarının bir qismi Selcuk Universitetində rəhbər vəzifələrdə olublar. Bu il Türkiyədə FETÖ əməliyatında 43 professor-müəllim saxlanıldı, ümumilikdə isə 200 nəfərdən artıq adam haqqında istintaq başlandı. Türkiyə mətbuatından sitat: “Selçuk Üniversitesi Rektörü Prof. Dr. Hakkı Gökbel'in de bulunduğu 43 sanık hakkında hazırlanan iddianamede, örgütün makam sevdalısı ya da açığı olan rektörlerle iş birliği yaptığı bildirildi”
***
Fəaliyyəti Azərbaycanda qadağan edilən “nurçular” təhsil sistemində yaranan münbit şəraitdən istifadə edərək bir sıra universitetlərdə yüksək postlarda və əlverişli mövqelərdə təmsil olunublar. Məsələ ondadır ki, savadlı professor-müəllim heyəti də bu “cavan perspektivli” kadrlarla bacarmır. Çünki nurçular birbaşa olaraq rektoratlığa yaxın insanlar tərəfindən himayə olunurlar. Rektorun köməkçisi və mühüm işlər üzrə məsləhətçiləri də vaxtə ilə “nurçuluq” təriqəti ilə sıx əlaqədə olan şəxslərdir. İddiaya görə universitetin bütün vacib şöbələri nurçular tərəfindən idarə olunur. Adlarını sadaladığımız şəxslər bir nümunədir. Əslində universitetdə “nurçular”ın sayı çoxdur. Bu haqda mətbuatda yazılar gedib. “Nurçular” 1992-ci ildən başlayaraq Azərbaycandan Türkəyədə təhsil almağa gedən tələbələri öz tərəflərinə çəkməyə çalışıblar.
Azərbaycan Dövlət İqtisad Univeristetində artıq yolka qurulmur və yeni il şənliyi niyə keçirilmir?
Hətta bir qismini ələ da alıblar. Onların əksəriyyəti bu təriqətdən uzaqlaşsa da hələ təriqətə qulluq edənlər var. Və əfsus ki, bizim təhsil sistemimizə də “hopublar”.
Maraqlıdır ki, Dövlət İqtisad Univeristetində artıq yolka qurulmur və yeni il şənliyi keçirilmir. Yeni il bayramı rəsmi bayramımız olduğu halda universitetdə bu bayramın qeyd edilməməsi sırf islahatçı “nurçular”ın təriqət ənənələrinə bənzəyir. Klassik nurçular-Nursi davamçıları və islahatçılar-Gülənçilər. Hazırda klassik nurçular FETÖ məsələsindən sonra “podpolyaya” çəkiliblər. Lakin Gülənçilər isə çox fəal hərəkətdədirlər və itirilmiş mövqelərini bərpa etməyə çalışırlar.
Fətulla Gülən şəbəkəsinin təhsildən formalaşdığı məlumdur. Bu səbəbdən də FETÖ-çular təlim-tədris, təhsil sahəsində daha güclü mövqeyə malikdirlər. Ehtimal var ki, Gülən davamçıları Azərbaycan Dövlət İqtisad Universitetində birbaşa rektora təsir edəcək gücdədirlər. Rektorun yaxın qohumlarının Gülən okulu olan “Çağ” (indiki “İstək”) liseyində təxsil alması bu şübhələri artırır.
Bu gün Azərbaycanın gənc nəslinin başında təriqət təhlükəsi var. Çünki təriqətçilər təhsil vasitəsi ilə gənclərə təsir edir, onları təriqətlərə cəlb edirlər. Bəlkə də “nurçular” ı elə rektor Ədalət Muradov himayə edir, kim bilir... Ədalət Muradovun Gülən məktəblərinə aid “Qafqaz” Universitetinin keçmiş rəhbərliyi ilə FETÖ əməliyyatında Bakıdan qovulan və Türkiyədə istintaqa cəlb edilən Ahmet Saniçla sıx əlaqələri olub. Ədalət Muradov Qafqaz Universitetinin və şəxsən Ahmet Sanıcın əziz qonağı idi. Ahmet Sanıc Fətulla Gülən örgütünün Bakıdakı imamı idi. Şübhə doğurmur ki, o, Ədalət Muradova bir neçə xahişlə bulunub, FETÖ-çuların maraqlarını lobbiləşdirən məsləhətlər verib.
(Şəkildə prorektor Damət Bağırov)
Bu şübhələrə son qoymaq üçün rektor Ədalət Muradovun da fəaliyyəti araşdırılmalıdır. Universitetin tarixində belə özbaşnalıq hələ olmayıb. Rektor olduğu müddətdə ABŞ və Türkiyəyə etdiyi səfərlərin məqsədi, kimlərlə görüşdüyünü araşdırmaq yaxşı olardı. Nə üçün təriqətçilikdə şübhəli bilinən şəxslərə universitetdə yüksək vəzifə və maaş verilir? Yəqin ki, bu araşdırmadan sonra Ədalət Muradov universiteti dövlət qanunlarımıza uyğun idarə edə bilmədiyini etiraf edər.
(Yazıda Türkiyə və Azərbaycan mətbuatından çoxsaylı istinadlar da təqdim edilib. Bu barədə növbəti yazıda bəhs olunacaq).
-Baş Prokurorluğun başladığı cinayət işində 2010-cu ildən ADİU-nun Tədris və təlim texnologiyaları üzrə prorektoru Damət Bağırovun fəaliyyət dövrü hansı epizodda keçir?
-ADİU-da bir il ərzində adı yalnız saat hesablı dərs keçilməsində çəkilən kafedra müdiri Əvəz Ələkbərov necə "Əməkdar müəllim" fəxri adına layiq görülüb?
(Davamı var)
Təqdim etdi: Araz Əliyev
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın