“Nyu York Tayms” erməniləri məyus etdi

“Nyu York Tayms” erməniləri məyus etdi 

Erməni diasporu ABŞ-ın “Nyu York Tayms” qəzetinə qarşı təzyiqlərinə start verilib.

Buna səbəb qəzetin İstanbul bürosunun müxbiri Karlotta Qalın Qarabağla bağlı hazırladığı bitərəf reportaj olub.

Redaksiyanın yerləşdiyi bina qarşısına toplanan ermənilər bitərəf reportaja rəğmən yenə də Qarabağla bağlı informasiyanın “doğru işıqlandırılmasını” tələb ediblər.

Qeyd edək ki, “Nyu York Tayms”ın yaydığı məqalədə 27 sentyabrda Ermənistanın hücuma keçdiyi və Azərbaycanın buna cavab olaraq əks-hücum əməliyyatı başladığı qeyd edilib. Eyni zamanda Nikol Paşinyanın səhv siyasəti, “Qarabağ Ermənistandır” sözlərinin danışıqları pozduğu və münasibətləri müharibə həddinə gətirdiyi bildirilib. Müəllif Prezidentin köməkçisi Hikmət Hacıyevin “Paşinyanın “Qarabağ Ermənistandır” sözü danışıqlar tabutuna vurulan sonuncu mismar oldu” fikrinə də istinad edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi