Obama Harrisi dəstəkləyəcək - Onun kampaniyasında iştirak edəcək

Obama Harrisi dəstəkləyəcək - Onun kampaniyasında iştirak edəcək 

ABŞ-nin keçmiş prezidenti Barak Obama seçkilərdə Demokratlardan prezidentliyə namizəd kimi vitse-prezident Kamala Harrisi dəstəkləmək niyyətindədir.

Bu barədə NBC News məlumat yayıb.

Xəbərdə iddia olunur ki, Obama özəl olaraq Harrisi tam dəstəkləyir və onunla müntəzəm əlaqə saxlayır. Bundan əlavə, Obama və Harrisin köməkçiləri onların seçki kampaniyasında birlikdə görünmə ehtimalını müzakirə ediblər. Lakin bununla bağlı tarix hələ məlum deyil.

NBC News qeyd edib ki, Obama ABŞ-də Harrisi hələ də rəsmən dəstəkləməyən bir neçə yüksək rütbəli demokratlardan biridir. Müzakirələrlə tanış olan mənbə Obamanın bununla prezident Co Baydenin fəaliyyətinə kölgə salmaq istəmədiyini qeyd edib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi