Obama:"İranın nüvə sazişindən çıxması Yaxın Şərqdə silahlanma yarışına səbəb olacaq"
ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmadan çıxması Yaxın Şərqdə silahlanma yarışına səbəb olacaq.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama deyib.
Obama xüsusi bəyanatında Trampın qərarının yarada biləcəyi mənfi nəticələrdən danışıb:
“Bu, onsuz da təhlükəli olan rejimə dostlarımızı məhv etməklə təhdid etmək, Amerikanın öz təhlükəsizliyi üçün məqbul olmayan bir təhlükə yaratmaq, dünyanın ən təhlükəli bölgəsində silah yarışına təhrik etmək cəsarəti verə bilər. Əgər Birgə fəaliyyət planı çərçivəsində İranın nüvə proqramına məhdudiyyət götürülərsə, biz seçim qarşısında qalacağımız günün gəlişini sürətləndirə bilərik: bu təhlükə altında yaşamaq və ya bunu aradan qaldırmaq üçün müharibə etmək”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın