OPEK neft böhranıyla təkbaşına bacarmayacaq - İran
OPEK təkbaşına cari bazar problemləri ilə məşğul ola bilməz.
Bunu İran Neft naziri Bijan Nəmdar Zəngənə deyib.
“Koronavirus yanacağa tələbatın kəskin azalmasına, eləcə də qiymətlərin enməsinə gətirib çıxarıb. OPEK ikinci rübdə neftə tələbatın sutkalıq 14 milyon barrel səviyyəsində olacağını müəyyənləşdirib, lakin hazırda koronavirusa görə bazar tələbatı sutkalıq təxminən 3 milyon barrel təşkil edir. OPEK təkbaşına mövcud problemlə bacara bilməz”, – deyə o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın