"Optimal Elektronika" filiallarını bağlayıb - 58 işçisini ixtisar edib
Azərbaycanda fəaliyyət göstərən elektronika şirkəti "Optimal Elektronika" ötən il dörd filialını bağlayıb.
"APA-Economics" şirkətə istinadən xəbər verir ki, 2021-ci ildə "Optimal Elektronika"nın "28 May 2", "28 May 3", Göygöl və Şabran filialları bağlanıb.
Bundan əlavə, şirkət 58 işçisini ixtisar edib. Belə ki, 2021-ci ilin iyun ayının sonunda şirkətdə fəaliyyət göstərən işçilərin sayı 1154 olubsa, ilin sonuna işçilərin sayı 1096 nəfərə kimi azalıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın