Orbita MTK metro yaxınlığında binanı sökür,sakinlərə isə yaşayış yeri kimi Zabrat və Binə qəsəbəsini təklif edir

Orbita MTK metro yaxınlığında binanı sökür,sakinlərə isə yaşayış yeri kimi Zabrat və Binə qəsəbəsini təklif edir -QALMAQAL

Binada həm yaşayış var... Həm də söküntü gedir...

"DİA-AZ" xəbər verir ki,Nizami rayonunun, Kamil Balakişiyev küçəsindəki binanın sakinləri ilə tikinti şirkəti arasında yaranan problem həllini tapmır.

Yaşayış yerlərini dəyişmək istəməyən sakinlər, öz mənzillərinin yenisi ilə əvəz edilməsini, eləcə də təmir olunmasını tələb edirlər.

Sözügedən şirkət, Orbita MTK tərəfindən isə sakinləri təhlükəsiz şəraitdə köçürməyə çalışdıqlarını, eləcə də ərazidə mənzillərin sayının şişirdildiyini dedilər. Bildirdilər ki, burada aparılan söküntü işləri evlərini satıb gedən sakinlərin razılığı ilə aparılır.

O, da vurğulandı ki, sakinlərə fərdi evlər Zabrat və Binə qəsəbəsində təklif olunur.Bununla razılaşmayan sakinlər məhkəməyə müraciət edə bilərlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi