Ordubad Mərkəzi Xəstəxanasında "varikosele", "appendektomiya" və "qasıq yırtığı" əməliyyatları uğurla həyata keçirilib
Faktinfo.az xəbər verir ki,son bir neçə gündə "Culfa Regional Tibb Mərkəzi" publik hüquqi şəxsin tabeliyindəki Ordubad Rayon Mərkəzi Xəstəxanasında 6 əməliyyat həyata keçirilib.
Tibb elmləri namizədi, dosent Cahangir Həsənovun həyata keçirdiyi "varikosele", "appendektomiya" və "qasıq yırtığı" əməliyyatları uğurla başa çatıb və pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasında cərrahi patalogiya ilə olan xəstələr müayinə edilir və göstəriş olarsa, cərrahi əməliyyatlar icra olunur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın