Osman Kazımov başqanlıq uğrunda mübarizədən geri çəkilib
Müsavat Partiyasının düvan üzvü Osman Kazımov başqanlıq uğrunda mübarizədən geri çəkilib.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, Osman Kazımov bu addımına səbəb Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Müsavat Partiyasının başqan vəzifəsinə namizədliyini irəli sürməsi olub.
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumatı təsdiqləyib.
Xatırladaq ki, Müsavat Partiyası may ayının 4-də növbəti qurultayını keçirəcək. Partiyanın yeni sədri vəzifəsi uğrunda gedən mübarizəyə 2 namizəd qalıb: İsa Qəmbər və Natiq Ulubey.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın