Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10% artırıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10% artırıb 

Bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 137 mənzil alıb.

Türkiyənin Statistika İdarəsinin  verdiyi məlumata görə, bu, 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 12 mənzil və ya 9,6 % çoxdur.


Ümumilikdə isə yanvar-oktyabr aylarında 1 020 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin on ayı ilə müqayisədə 66 ədəd və 6,92 % çoxdur.


Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyədə 5 331 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 1 020 ədəd və ya 23,7 % çoxdur.


Bu ilin yanvar-oktyabr aylarında isə Türkiyədə 31 797 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 4 782 ədəd və ya 13,07 % azdır.


Türkiyədə ən çox mənzil alan İraq vətəndaşları olub. Bu ölkədən olanlar oktyabrda 909, yanvar-oktyabr aylarında isə 5 074 mənzil əldə edib.


Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 849, yanvar-oktyabrda isə 5 565 mənzil alıb.


İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan oktyabrda 400 mənzil, yanvar-oktyabrda isə 2 295 mənzilə sahib olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi