Ötən ay Türkiyədən ev alan vətəndaşlarımız siyahıda üçüncü oldu
Təkcə oktyabr ayında Türkiyədə 122 882 daşınmaz əmlak satılıb.
Faktinfo.az xəbər verir ki, bu haqda məlumatı Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban yayıb. Onun sözlərinə görə, satılan mənzillərin 2 677-si (2,18%) xarici vətəndaşlar tərəfindən alınıb. Azərbaycan vətəndaşları aldıqları obyektlərin və mülklərin sayına görə III yerdə olublar - 278 ədəd (0,22%).
Qeyd edək ki, Türkiyədə mənzil alan xarici vətəndaşlar arasında I yerdə səudiyyəlilər (528), sonra iraqlılar gəlir - 344.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın