Pakistan Mədəniyyət Mərkəzi hər iki ölkə arasında münasibətləri möhkəmləndirir
Pakistan və Azərbaycan arasında uzun tarixə malik nümunəvi qardaşlıq əlaqələri mövcuddur.
Bunları nəzərə alaraq, hər iki xalqın elm, təhsil və mədəni əlaqələrinin inkişafına böyük töhfə olacağı məqsədi ilə Pakistan Mədəniyyət Mərkəzinin açılmasına qərar verildi. Mərkəzin açılması təşəbbüsü universitetin rektoru, akademik Kamal Abdullanın 2021-ci ilin mart ayında Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri cənab Bilal Hayenin universitetə dəvəti zamanı oldu. Həmin görüşdə ölkələrin dilini və mədəniyyətini öyrənməyin vacibliyi vurğulandı.
Beləliklə də, hər iki ölkə tələbələrinə bir birinin dili və mədəniyyətini tanıtmaq məqsədi ilə ölkələr arasında belə bir mərkəzin açılması təklifi irəli sürüldü.Pakistan dövləti də təklifin aktuallığını nəzərə alaraq dəstəklədi. Nəticə olaraq, Azərbaycan Dillər Universiteti ilə Pakistan Milli Müasir Dillər Universiteti arasında Anlaşma Memorandumu imzalandı. Hər iki ölkə arasındakı əlaqələrin inkişafında Pakistan Mədəniyyət Mərkəzinin rolu çox böyükdür. Mərkəzin əhəmiyyəti ondan aydındır ki, açılışında Pakistan Milli Assambleyasının spikeri cənab Asad Qeysər şəxsən deputat heyəti ilə iştirak etmişdir.
Məhz Pakistan Mədəniyyət Mərkəzinin yaranmasından sonra, Pakistandan digər nümayəndələr gələrək mərkəzlə tanış olub, universitetin rektoru ilə görüşüb və mərkəzlə bağlı müsbət təəssüratlarını bildiriblər. Həmin görüşlərdə də iki ölkə arasındakı əlaqələrin gələcək planlarından danışılıb. Bu planlar arasında dövlət proqramları əsasında sərgilər, tədbirlər, xarici qonaqların tələbələrlə görüşü, xüsusi günlərin qeyd olunması, səfir saatları həyata keçirilir. Mərkəzin açılışı hər iki ölkənin tələbələri arasında da mədəni əlaqələrin mənimsənilməsində geniş rol oynadı.
Pakistanşünaslıq ixtisasında təhsil alan tələbələrə mərkəzdə Pakistan dili, tarixi və mədəniyyəti öyrədilir. Burada səfir saatları, mədəni sərgilər, dövlət planlı müxtəlif tədbirlər keçirilir. Dövlət planlı tədbirlər arasında kecən ilin 28 may tarixində Azərbaycanın müstəqilliyi gününə həsr olunmuş tədbirdə Pakistan Milli Assambleyasının sədri spiker cənab Asad Qeysərin və Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfərin tələbələrlə görüşlərini qeyd edə bilərik. Hətta rektor Məhəmməd Cəfər ADU-nun tələbələri üçün mühazirə də oxuyub.
Mərkəz yarandığı vaxtdan Pakistan səfirliyi ilə sıx əlaqədə olmuşdur. Pakistan dili və mədəniyyəti mərkəzinin təşəbbüsü ilə Pakistanın Azərbaycandakı səfirliyində və ADU-da bir çox tədbirlər keçirilmişdir. Mərkəzə yeni kitab və jurnallar Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gətirilir.Üzvlər kitabları bir ay müddətində pusluz istifadəyə götürə bilərlər. Mərkəzdən istifadə ödənişsizdir. Mərkəzin əsas vəzifəsi öz fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq urdu dili tədrisi və təbliği, eləcə də Azərbaycanda Pakistanşünaslığı inkişaf etdirmək və hər iki ölkə arasında münasibətləri möhkəmləndirmək məqsədilə fəaliyyət göstərməkdən ibarətdir.
Mərkəzə daxil olan məktub və elektron müraciətlər vaxtında cavablandırılır. Pakistan səfirliyindən gələn nümayəndə heyəti ilə universitet rəsmlərinin görüşü təşkil edilir. Mərkəzə daxil olan resursların bir ay müddətində oxucuların istifadəsinə verilir. Azərbaycan və Pakistan arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədilə təbirlər təşkil edilir. Mərkəzdə keçirilən tədbirlər haqqında ADU-nun və Pakistanın Azərbaycandakı səfirliyi məlumatlandırılır.
Müəllif: Vüsal Hümbətzadə
Pakistanın Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfirinin köməkçisi
Bu xəbər üçün şərh yazın