Pakistanda kanat qəzası: 11 ölü
Pakistanın turistlərin axın etdiyi Maridə kəndliləri daşıyan kanat kabelinin qırılması nəticəsində baş verən qəza zamanı 11 nəfər həyatını itirib.
Faktinfo.az Pakistan axtarış-xilasetmə qrupunun verdiyi açıqlamaya əsasən xəbər verir ki, paytaxt İslamabadın 30 kilometrliyində yerləşən şəhərdə 12 kəndlini daşıyan kanat 120 metr hündürlükdən vadiyə düşüb. Səlahiyyətlilər qəza zamanı 11 nəfərin həyatını itirdiyini bildirib. Qəza ilə bağlı istintaq başlayıb.
Xatırladaq ki, Mari hər il çox sayda yerli və xarici turist tərəfindən ziyarət edilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın