Pambıq strateji bitkidir,üzərimizə düşən öhdəliklər var!

Pambıq strateji bitkidir,üzərimizə düşən öhdəliklər var! 

Pambıq strateji bitkidir, əmək tutumludur, minlərlə insan üçün iş yeridir. 

Faktinfo.az xəbər verir ki, bu barədə AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov yazıb.

"Keçən əsrin 70-80 - ci illərində pambıq şanlı- şöhrətli bitki kimi nəğmələrin , şerlərin mövzusu idi, on minlərlə pambıqçılar keçmiş SSRİ- nin orden və medallarına layiq görülmüşdülər.Bu gün də pambıq strateji bitki olmaqla məhsuldarlığın hektardan 50 sentnerə çatdırılması kimi bir vəzifə qarşımıza qoyulmuşdur.Bu nöqteyi nəzərdən Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun üzərinə düşən öhdəliklər var.Yüksək lif çıxımlı, tezyetişən, ekoloji, xəstəlik, zərərvericilərə qarşı davamlı sortların yaradılması günümüzün zərurətidir. İşlərimiz davam edir, hər kəsə bu istiqamətdə uğurlar! "- akademik qeyd edib.

Faktinfo.az




Pambıq strateji bitkidir,üzərimizə düşən öhdəliklər var!
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi