
Partiya sədrindən XƏBƏRDARLIQ: “Bir müddət sonra…”
Məmurların maaşlarının artması problem deyil – problem əhalinin gəlirlərinin az olmasıdır, etiraz doğuran məsələ budur.
Bu barədə Real Partiyasının sədri Natiq Cəfərli bildirib. O qeyd edib ki, əhali varlanmalıdır:
“Hökumətin əsas hədəfi əhalinin varlanması olmalıdır – hədəf səhv seçilib. İndi hökumət büdcənin dolmasını əsas məqsəd sayır.
Halbuki, bu məqsəd ola bilməz – əhali varlansa, biznes inkişaf etsə zatən büdcəyə daha çox vəsait daxil olacaq.
İndiki vergi-rüsum-lisenziya-cərimə-qadağa siyasəti, “qızıl yumurtlayan toyuqları kəsmək” yanaşmasıdır.
Bir müddət sonra büdcə də dolmayacaq, insanlar da dolana bilməyəcək, iqtisadiyyat isə “başı kəsilmiş toyuq”, kimi çırpınacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın